Şənbə , 3 May 2025
Drone Cameras

İraqda törədilən terror aktı nəticəsində bir neçə hərbçi həlak olub

İŞİD terrorçularının İraqda törətdiyi terror aktı nəticəsində azı bir neçə hərbi qulluqçu həlak olub.

Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Kərkükün cənubunda Dakuk rayonunda qeydə alınıb.

Yerli polis faktı təsdiqləyib. Qeyd edilir ki, uzaqdan idarə olunan bomba hərbi maşının keçdiyi yolda partladılıb.

Partlayış nəticəsində 3 hərbi qulluqçu həlak olub, daha 1 əsgər yaralanıb. Qeyd edək ki, son günlər İraqda İŞİD terrorçularının aktivliyi müşahidə edilir.

Check Also

Qara dəniz üzərində 11 raket məhv edilib

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus səkkiz “Storm Shadow” …