Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Aygün Əliyeva: Türkiyə QHT-lərinin təcrübəsinin öyrənilməsi böyük əhəmiyyətə malikdir – VİDEO

Azərbaycan və Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi yaranandan sonra ilk beynəlxalq təcrübənin öyrənilməsinə məhz Türkiyədən başladıq. Nümayəndə heyətimiz səfər çərçivəsində Agentliyin fəaliyyəti ilə eyni funksiya daşıyan qurumların işi ilə tanış oldu, bir sıra görüşlər keçirdi, səmərəli müzakirələr aparıldı.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi icraçı direktoru Aygün Əliyeva ifadə edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla keçirilən görüşdə konkret olaraq görüləcək işlərin, eləcə də QHT-lərə dair vahid platformanın yaradılması barədə səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran A.Əliyeva əminliklə deyib ki, Türkiyədə QHT-lərin iş təcrübəsinin öyrənilməsi və icra olunan layihələr barədə məlumatların əldə olunması böyük əhəmiyyətə malikdir.

https://youtu.be/lWsOGmwHGIk

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …