Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yunanıstan parlamenti hökumətə etimad göstərib

Yunanıstan parlamenti Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya Partiyası tərəfindən qurulan hökumətə etimadsızlıq votumunu dəstəkləməyib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu, ölkənin ali qanunverici orqanında keçirilən səsvermənin nəticələrində öz əksini tapıb.

300 yerlik birpalatalı parlamentdə hakim partiyanın 156 deputatı hökumətə etimad göstərib. Bütün müxalifət partiyalarından 142 deputat hökuməti dəstəkləməyib. Bir deputat bitərəf qalıb. Ümumilikdə 299 parlament üzvü səs verib, bir parlamentari olduğu üçün səsvermədə iştirak etməyib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …