Bazar , 29 Sentyabr 2024
Drone Cameras

QHT Agentliyinin rəhbərliyi Türkiyə Böyük Millət Məclisində və Xaricdə Yaşayan Türklər Baş İdarəsində olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri çərçivəsində sonuncu görüşlərini keçirib.


Boyukmillet.com xəbər verir ki, qonaqlar əvvəlcə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsində olublar. İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və qurumun icraçı direktoru Aygün Əliyeva səmimi görüşə görə təşəkkür edərək, iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıblar. Təklif olunub ki, hər iki qurumun təmsilçilərindən ibarət işçi qrup yaradılsın və birgə fəaliyyət planı hazırlansın. Razılaşmaya əsasən, qısa müddətdə işçi qrup öz işinə başlayacaq.
Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisdə olub və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. O, Agentlik rəsmilərinin Türkiyə səfərindən məmnun olduğunu, birgə əməkdaşlığın faydasını vurğulayıb. Şamil Ayrım hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatları ilə bağlı qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu qeyd edib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …