Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ombudsman Aparatı Masallıda məktəbli qızın nikaha cəlb olunması faktını nəzarətə götürüb

Azərbaycanın Ombudsman Aparatı Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Boyukmillet.com ki, təmsil etdiyi qurum tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumat araşdırılıb.

Bildirilib ki, Ombudsman Aparatı tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat araşdırılaraq nəzarətə götürülüb.

Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsi ilə məsələyə dair müzakirə aparılıb.

Ombudsman Aparatı tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara hüquq və vəzifələri, erkən nikahın fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən məsələ Aparatın Uşaq hüquqlarının müdafiəsi sektoru tərəfindən nəzarətdə saxlanılacaq.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …