Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Ukrayna ilə müharibə Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”

“Ukrayna öz yolu olmasını istəyir və bunun üçün də Rusiyaya müqavimət göstərir. Həm də kifayət qədər ciddi müqavimət. Ən azı Ukraynadakı indiki siyasi sistem Rusiyadan fərqlənir və kifayət qədər demokratikdir, daha azad və daha sərbəstdir”.

Boyukmillet.com
xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, Qərbin Ukrayna ilə bağlı siyasəti ikibaşlıdır və bu təəssüf yaradır. Onun sözlərinə görə, son 30 ildə Qərbin mövqeyini dəfələrlə görmüşük:

“Qərb söz deyir, amma onu yerinə yetirməkdə imkanı yoxdur. Nə BMT, nə ATƏT, nə də Avropa Şurasının belə imkanı mövcud deyil. Hazırda Ukraynaya Qərb ölkələrindən silah göndərilir, bu ölkə silahlandırılır. Amma Ukraynada nüvə-atom silahları yoxdur. Zamanında var idi, amma məhv edildi. İndi də Rusiya ilə üz-üzə qalır və bu, Ukrayna üçün sərfəli deyil. Amma eyni zamanda Ukrayna Çeçenistan, heç Qazaxıstan da deyil”.

S. Rüstəmxanlı qeyd edib ki, Ukrayna və Rusiya müharibəsinin başlanması dünya üçün fəlakət olardı: “Bir daha deyirəm, Ukrayna Çeçenistan deyil. Bu ölkə ilə müharibə fəlakətlərə yol aça, növbəti Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”.

S. Rüstəmxanlı əlavə edib ki, Avropa qurumları da bu böhranda birmənalı mövqeyə sahib deyil: “Belə məsələlərdə qəti mövqe əhəmiyyətlidir. Avropa bir tərəfdən Ukraynanı müdafiə edir, digər tərəfdən də enerji baxımından Rusiyadan asılıdır. Məsələn, qazı, nefti Rusiyadan alırlar, “Şimal Axını-2”ni müdafiə edirlər. Almaniya kimi nəhəng ölkə ortada qalıb. Elə Fransa da. Yalnız ABŞ ciddi mövqe ortaya qoyur. Bununla da hər şeyi yoluna qoymaq mümkün deyil. Avropa bu məsələdə ikibaşlı oynayır. Belə atnmosferdə məsələnin həlli uzanacaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …