Sabah, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq.
Boyukmillet.com xəbər verir ki, sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.
Toplantıda Şuşa Bəyannaməsinin təsdiqlənməsi məsələsinə baxılacaq.
Sənəd daha sonra Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Sabah Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini müzakirə edəcəkŞuşa şəhərində imzalanıb.
Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib.