Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Jest dilində Vətən və vətənpərvərlik mövzusu” layihəsinin icrasına başlanılıb

 “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə   “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və  vətənpərvərlik  mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına başlayır. Layihə fevral-may aylarını əhatə edərək, 4 ay davam edəcək.
 Layihə rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, “Jest dilində Vətən və vətənpərvərlik” vətən müharibəsi iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsi istiqamətində olan layihə, müxtəlif tədbirlər təşkil etməklə gənc nəsildə vətənpərvərliyin aşılanması ilə yanaşı, eşitmə məhdudiyyətli gənclərin də cəmiyyətdə bərabər hüquqlu, vətənə yararlı olmalarını hiss etdirmək, “Səngərdə olmadım, vətənə xidmətim olmadı” demək deyil hissini aşmaqla onların vətənpərvərlik ruhunda tərbiyələnməsinə dəstək verəcək. Layihə çərçivəsində təşkil olunan ziyarətlər, gənclərin yaddaşına erməni vandalizminin izinin gələcək nəsillərə çatdırılmasına təkan verəcək. 

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …