Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, 2 fevral tarixdə İSBAM Sədrinin müavini Natiq Bədəlovu və İSBAM İcraçı direktoru Şahin Həsənovu “Şərəf” ordeni ilə təltif edib.
Bu barədə “Boyukmillet.com“-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda deyilir: 2 fevral 2022-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, bir sıra şəxslərin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təitif edilməsi barədə əmr imzalayıb.
Azərbaycan ictimai-siyasi xadimləri, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin Sədr müavini Bədəlov Natiq Əbdüləli oğlu və İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İcraçı direktoru Həsənov Şahin Elşad oğlu Türk dünyası qarşısında xidmətlərinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Şərəf” ordeni ilə təltif ediliblər.