Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.

“Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, – Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:

“İsrail səfiri Mixael Hersoqun Türkiyə səfiri də daxil olmaqla digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …