Perunun Baş naziri Hektor Valer Pinto, yerli mətbuatda həyat yoldaşının onu 2016-cı ildə özünə və qızına qarşı məişət zorakılığı törətməkdə ittiham etməsi ilə bağlı xəbərlərin yayılmasından sonra istefa verdiyini açıqlayıb.
“Peruda ifrat sağçılarla əlaqəli olan qəzetlərin mənə vurduğu zərbəni qəbul edirəm. İddialar yalan məlumatlara əsaslanır. Bunun doğru olduğunu deyən adamları məhkəməyə verəcəm”- deyə, Baş nazir əlavə edib.
Qeyd edək ki, ötən ilin iyul ayından Peruda hökumət üzvləri üç dəfə dəyişib.