Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Üç ölkənin xarici işlər naziri Ukraynaya səfər edəcək

Avstriya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri Ukraynada işgüzar səfərdə olacaqlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Fevralın 7 və 8-də Çexiyanın xarici işlər naziri Yan Lipavski, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Slovakiyanın xarici işlər nazirləri İvan Korçok Ukraynaya səfər edəcəklər.

Diplomatların səfərində əsas məqsəd Ukrayna ətrafında yaranan gərginlik fonunda ölkənin iqtisadi və maliyyə sabitliyinin dəstəklənməsi ilə bağlı müzakirələr aparmaqdır.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …