“Bütün əsgərlər mənim balamdır və hər gün əsgərlərimiz üçün dua edirəm”.
O qeyd edib ki, Vətən müharibəsindən sonra qazilər, müharibə iştirakçıları və şəhid ailələri Mübariz İbrahimovun ev muzeyini tez-tez ziyarət edirlər:
“Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm. Hələ Vətən müharibəsi başlayanda Allaha yalvarırdım ki, bütün əsgərlər evinə sağ-salamat qayıtsınlar”.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətlə qəhrəmanın ev muzeyi ziyarət edilir.