Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Uruqvaydan sonra Argentina da erməni ssenarilərinə uymadı və Azərbaycanı ayağa vermədi…

“Aparılan çevik diplomatik siyasət ermənilərin Latın Amerikası regionunda nüfuzunu sarsıdır”

img

Məlum olduğu kimi, erməni lobbisinin Latın Amerikası ilə böyük əlaqələri var. Bir vaxtlar Almaniyadan ora getmiş faşistlər necə böyük əlaqələrə malik idilərsə, o cümlədən, ermənilərin də bu regionda geniş əlaqələri qurulub. Bu əlaqələrin nəticəsi idi ki, Uruqvay hələ 1965-ci ildə qondarma “erməni soyqırımı”nı ilk tanıyan ölkə olub. Belə ki, həmin il bu ölkənin parlamentinin aşağı palatası qondarma “soyqırımı” tanıyıb.

Ermənistan Latın Amerikası ilə əlaqələrindən istifadə edərək Dağlıq Qarabağdakı separatçı qurumu bəzi region ölkələrində tanıtmağa cəhd etdi. Ancaq Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində ermənilərin bu cəhdləri fiaskoya uğradı. İlk əvvəl separatçı rejimin “müstəqilliyini” Uruqvayda tanıtmağa cəhd etdilər. Ancaq Uruqvay tərəfi məsələyə aydınlıq gətirərək ermənilərin dediklərini təkzib edib.

Bununla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşündə bəyan etdi ki, Azərbaycan və Uruqvay arasında bir sıra sahələr üzrə sazişlər imzalanacaq.

Uruqvaydan sonra ermənilər Argentina ilə də bağlı analoji vəziyyətlə üzləşdilər. Argentina Xarici İşlər Nazirliyi yaydığı notada bəyan etdi ki, bu ölkə “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımır. Həmçinin, bu günlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib.

Bütün bunlar erməni lobbisinin Latın Amerikası regionunda nüfuzunun sarsıldığının əyani göstəricisi sayıla bilərmi? Ekspertlər bunu necə dəyərləndirirlər?

 

Məhəmməd Əsədullazadə: “Aparılan danışıqlar ermənilərin bu avantürasının qarşısının alınmasında mühüm rol oynadı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, son vaxtlar Ermənistan tərəfinin Qarabağda separatçı rejimin Avropada və digər ölkələrdə tanıtmaq cəhdləri uğursuzluğa düçar olduğuna görə rəsmi İrəvan Latın Amerikası ölkələlərinə üz tutub: “Təbii ki, burada erməni diasporunun mövcudluğu, lobii dairələrinin fəaliyyəti səbəbindən separatçı qurumun bu ölkələrdə tanınmasına cəhd edilir. Qondarma qurumun “nümayəndələrinin” Ermənistan pasportları ilə Latın Amerikası ölkələrinə səfəri, görüşlər keçirməsi Azərbaycanı narahat edir. Çünki Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Belə olan halda, sözügedən cəhdlərin qarşısı alınmalıdır. Hazırda Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlıq genişlənir. İkitərəfli viza rejiminin aradan qaldırılması və Uruqvay, Argentina, Braziliya rəsmilərinin ölkəmizə səfəri, aparılan danışıqlar ermənilərin bu avantürasının qarşısının alınmasında mühüm rol oynadı. Latın Amerikası ölkələri BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs verən dövlətlərdir. Ermənistan tərəfi çalışacaq ki, Latın Amerikasında üzləşdiyi fiaskonun əvəzini Afrikada çıxsın. Yəni Afrikada bu yöndə fəaliyyətləri ola bilər. Rəsmi Bakının hazırkı diplomatik həmlələri, Uruqvay, Kolumbiya, Panama kimi ölkələrlə diplomatik əlaqələri inkişaf etdirməsi gələcəkdə bu kimi problemlərin yaşanmasının qarşısını alacaq. Hesab edirəm ki, aparılan çevik diplomatik siyasət ermənilərin Latın Amerikası regionunda nüfuzunu sarsıdır. Bununla belə, Latın Amerikası ölkələrinin bəzilərində səfirlik və diplomatik korpuslar açmaq lazımdır ki, bu istiqamətdə işlər aparılsın. Artıq Latın Amerikası ölkələri də passiv siyasətdən yeni dünya siyasətinə keçirlər. Ona görə də bu ölkələrlə sıx əməkdaşlıq etsək, Ermənistanı pat vəziyyətində qoya bilərik”.

Vidadi ORDAHALLI

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir