Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ukraynanın müdafiə naziri koronavirusa yoluxub

Ukraynanın müdafiə naziri Aleksey Reznikov koronavirusa yoluxub.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə feysbukdakı səhifəsində məlumat verib.

“Özümü yaxşı hiss edirəm, təcrid olunmuşam, amma iş rejimindəyəm. Pandemiyadan təxminən iki il sonra və müasir rabitə vasitələri sayəsində iş rejimi fasiləsiz (saxlanılır)”, – o, sosial şəbəkədəki səhifəsində yazıb.

Reznikov qeyd edib ki, yeni ştamla yoluxma tez bir zamanda peyvənd olunduğu üçün “birinci dalğadan daha asan dözümlüdür. Onda ilk dəfə koronavirus ötən ilin noyabrında aşkar edilib.

O, həmin vaxt Ukrayna Baş nazirinin müavini vəzifəsində çalışıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …