Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan Boks Federasiyasının prezidentliyinə namizədi bəlli olub

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …