Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb.

Boyukmillet.com xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır.

Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.

Check Also

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq. Boyukmillet.com xəbər verir ki, söhbət …