Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Azərbaycan Mərkəzi Bankının 30 yaşı tamam olub

Fevralın 12-də Azərbaycan Respublikası Mərkəzi Bankının yaranmasının 30 illiyi münasibətilə Bankın kollektivi əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb.

Boyukmillet.com xəbər verir ki, daha sonra Bankın kollektivi Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş oğul və qızlarımızın ölməz ruhu qarşısında baş əymiş, məzarları üzərinə gül dəstələri qoyulub.

Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən uzun illər əsarətdə qalan torpaqlarımız azad edilmiş və orada böyük quruculuq işlərinə başlanılmışdır.

Mərkəzi Bank özünün 30 illik yubileyini məhz bu tarixi qələbənin verdiyi şərəf və iftixar hissi ilə qeyd edir.

Check Also

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və …