Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycan əsilli idmançı UFC-də ölkəmizi təmsil edəcək

ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazanıb.

Boyukmillet.com xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən H.Əliyev yarışda 30 yaşlı ABŞ idmançısı Andres Quintana ilə qarşılaşıb. O, beş raund davam edən kəmər uğrunda döyüşdə (“Title Fight”) rəqibinə qalib gəlib. H.Əliyev bununla növbəti mərhələdə UFC-də Azərbaycanı təmsilçiliyi üçün vəsiqə qazanıb.

Peşəkar döyüşcü “Report”a müsahibəsində deyib ki, Amerikaya 2019-cu ilin oktyabr ayında gəlib. Planları güclülərlə üzləşib ölkəmizi UFC-də təmsil etmək olsa da, pandemiya səbəbindən yarışları ləğv edilib: “Bir qədər ruh düşkünlüyü yaşasam da nəhayət yenidən yarışlara qatıla bilirəm. Bu döyüş mənə UFC-nin qapısını açdı. İndi UFC-dən müqavilə gözləyirəm”.

“Hər şey istəkdən asılıdır. Əgər insan nəyisə istəyirsə mütləq ona nail olur. Çox çətinliklərlə qarşılaşırsan, ancaq əzmin varsa, qələbə geç-tez sənə gəlir”, – H.Əliyev əlavə edib.

İndi H.Əliyevi UFC-də daha güclü rəqiblər gözləyir. Qələbəsini Azərbaycan bayrağı ilə elan edən idmançını ABŞ-ın müxtəlif şəhər və ştatlarından döyüşü izləməyə gələn həmvətənlərimiz dəstəkləyib.

Check Also

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib. ABF-nin mətbuat …