Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ukrayna və Türkiyə nazirlərinin söhbəti: Nədən danışdılar?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon söhbət olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kuleva öz Tvitter səhifəsində məlumat yayıb.

Onlar Qara və Azov dənizlərindəki təhlükələri, eləcə də ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Türkiyəli vəzifədaşım və dostum MevlutÇavuşoğlu ilə Rusiyanın yaratdığı təhlükəsizlik böhranı, Qara və Azov dənizlərindəki təhdidlər, gərginliyi azaltmağın diplomatik yolları ilə bağlı telefon danışığı. Ankaranın səylərini alqışlayıram. Ukrayna-Türkiyə hərbi-texniki əməkdaşlığının inkişafı müzakirə olunub”, – deyə Kuleba “Twitter” səhifəsində yazıb.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …