Cümə , 27 Mart 2026
Drone Cameras

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib.

Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib.

Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …