Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Polşanın baş naziri ölkədə kibertəhlükə rejimi tətbiq edib

Polşanın Baş naziri Mateus Moravieçki ölkədə kibertəhlükə rejimini tətbiq edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Rejimin tətbiq edilməsində məqsəd kiberməkanda təhdidlərə qarşı mübarizədir.

Hazırda ölkədə kiber hücumlarla bağlı birinci təhlükə səviyyəsi (ALFA-CRP) elan edilib.

ALFA-CRP dərəcəsi terrorla mübarizə qanununda müəyyən edilmiş dörd təhlükə dərəcəsinin ən aşağısıdır.

Qərara əsasən dövlət administrasiyası teleinformasiya sistemlərinin təhlükəsizliyi üçün gücləndirilmiş monitorinq keçirməyə borcludur.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …