Bazar , 29 Sentyabr 2024
Drone Cameras

NATO-nun müdafiə nazirləri Avropanın təhlükəsizliyini müzakirə edəcəklər

NATO-ya üzv ölkələrin müdafiə nazirləri fevralın 16-17-də Brüsseldə planlaşdırılan görüş keçirəcəklər.

Boyukmillet.com xəbər verir ki, nazirlər Rusiyanın qarşısının alınması, o cümlədən onun sərhədlərinə yeni qüvvələrin yerləşdirilməsi, NATO-nun baş katibinin Avropada onilliklər ərzində ən ciddi təhlükəsizlik böhranı kimi xarakterizə etdiyi Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək, həmçinin NATO ölkələrinin müdafiə büdcələrinin daha da artırılması ilə bağlı ABŞ-ın tələblərini yenidən nəzərdən keçirəcəklər.

Alyansın məlumatına görə, 2014-cü ildən ABŞ istisna olmaqla, NATO ölkələri artıq hərbi büdcələrini 270 milyard ABŞ dolları artırıblar.

Bundan əlavə, nazirlər Gürcüstan və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri ilə görüşəcək, bu ölkələrə və onların ərazi bütövlüyünə dəstəklərini ifadə edəcəklər. Diqqət mərkəzində həmçinin hər iki ölkədə həyata keçirilən demokratik isalahatlar və praktiki əməkdaşlıq məsələləri olacaq.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …