Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycana məxsus Ro-Pax tipli gəmi “ən yaxşı bərə gəmisi” seçilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilmiş Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi “Baird Maritime”nin təşkil etdiyi 2021- ci ilin ən yaxşı gəmiləri siyahısında “ən yaxşı bərə gəmisi” kimi yer alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Xatırladaq ki, ötən ilin mart ayında istismara verilən bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/Tır daşımaq imkanına malikdir.

Gəmi yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi ( fin stabilizer) və iki ədəd dartıcı lokomotivlə də təchiz olunub.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …