Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vətən müharibəsində yaralanan 2 659 hərbi qulluqçuya əlillik təyin edilib

Vətən müharibəsində yaralanmış 2659 hərbi qulluqçuya əlillik və 5300-dən çox sosial ödənişlər təyin edilib.

Boyukmillet.com ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir. Həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb.

Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …