Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

ABŞ-da ümum-Amerika Qarabağ mitinqi keçiriləcək

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümum-Amerika Qarabağ mitinqi keçiriləcək.

Bu barədə məlumatı “Report”un yerli bürosuna Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli verib.

E.Yerdərənli bildirib ki, Kapitol binası qarşısında keçirilməsi nəzərdə tutulan mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan həmvətənlərimizin iştirakı planlaşdırılır: “Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd dünya ictimaiyyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir. Bunun üçün də ABŞ-da yaşana bütün həmvətənlərimizi mitinqdə iştirak etməyə çağırıram”.

Check Also

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. Boyukmillet.com xəbər …