Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter səhifəsində paylaşım edib.
O bildirib ki, üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən səyyahlarla görüşməkdən çox məmnun olub: “Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”.