Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Axundov İncəsənət Qalereyası”nda “Xocalıya ədalət” adlı sərgi açılıb.
Boyukmillet.com xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, diplomatik korpus təmsilçiləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, Xocalı faciəsinin gürcüstanlı şahidləri və onların yaxınları iştirak edirlər.
Sərgidə Bakıdan gətirilən Xocalı faciəsini əks etdirən 60-a yaxın rəsm əsəri, heykəlciklər və taxta üzərində oyma işləri təqdim olunub. Ekspozisiyada Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər mövzusunda rəsmlər də yer alıb.
Sərgi fevralın 23-dək ziyarətçilər üçün açıq olacaq.