Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …