Şənbə , 31 Oktyabr 2026
Drone Cameras

“Azal”dan şikayət- Naxçıvana cəmi bir pəncərə ayırıb…

Bir qrup Naxçıvan MR sakini Azinforum.az saytina müraciət edərək, Bakı şəhərində olan “Azal” şirkətinə məxsus aviakassada onlara yaradılan şəraitin qənaətbəxş olmadığından şikayət ediblər. Şikayətçilər bildirir ki, xüsusilə də hazırkı periodda paytaxtdan Naxçıvana gedənlərin sayında çoxluq yaranır. Amma maraqlıdır ki, aviakassada həmin istiqamətdə biletin satışı üçün cəmi bir nəfər təkim olunub. Bu da uzun növbənin yaranmasına səbəb olur. Hadisə yerində olan Azinforum.az-ın reportyorları edilən şikayətin əsaslı olduğunu müəyyən ediblər. Aviakassadan çəkilən və real mənzərəni əks etdirən fotodan da görünür ki, digər pəncərələr boş olsa da, fəaliyyət göstərmir, ancaq Naxçıvan istiqamətində bilet satan pəncərənin önündə uzun növbədir.

Check Also

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir