Bu gün Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə assosiasiyaları – Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb.
Boyukmillet.com xəbər verir ki, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrə dəstək göstərilməsidir.
Razılaşmaya əsasən tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, ekosistemin bərpası, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri kimi layihələrin icrasında koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.