Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Litva Ukraynaya 1,8 milyon avroluq silah və humanitar yardım göndərəcək

Litva tərəfindən Ukraynaya silah-sursat və humanitar yardım paketi göndəriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə qərarı Baltikyanı respublikanın hökuməti qəbul edib.

“Hökumətin və Daxili İşlər Nazirliyi sisteminə daxil olan strukturların ehtiyatından iki yardım paketi – ümumi dəyəri 1,8 milyon avrodan çox olan silah və mülki müdafiə texnikası formalaşdırılıb”, – məlumatda deyilir.

O cümlədən 1,5 milyon avro dəyərində müxtəlif silahlar Kiyevə veriləcək, 260 min avro dəyərində olan mülki paketə isə yanğınsöndürmə və xilasetmə əməliyyatları üçün xüsusi avadanlıq daxildir.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …