Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Füzuli Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox…

Füzuli Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox...Xalq şairi Sabir Rüstəmxanlı: “Yer üzündə Eynulla Fətullayev kimi murdar, satqın, riyakar, alçaq adam görməmişəm”. “Mən heç onu bu millətdən saymıram, hansı millətdəndir bilmirəm…” 

Mirşahin onu “bədbəxt adam” adlandırdı: “Mən ona görə çox heyfslənirəm, acıyıram və ona yazığım gəlir”…

Orta məktəb tanışı, tanınmış jurnalist Taleh Şahsuvarlı onun haqqında: “Kasıb mərd olur” deyiblər, biz ona qarşı hər zaman mərd davrandıq. Amma o, Məmməd Əmin Rəsulzadə haqqında guya bir kitab yazmışdı, balaca broşura idi, onu bizə pulla satdı. Məmməd Əmin Rəsulzadə haqqında broşuranı bizə pulla satan Eynulla həyatının bütün sonrakı dönəmlərində də hər şeyi paraya satdı”.

Xocalını azərbaycanlıların törətdiyini iddia etməklə Xocalı faciəsi qurbanlarının, onların qohumlarının, Qarabağ müharibəsi veteranlarının, Azərbaycan Milli Ordusu əsgərlərinin, ümumiyyətlə, bütün xalqının şərəf və ləyaqətini təhqir etdi…

Söyün Sadıqov: “Məni onunla tanış edən adama da dedim ki, məni belə əclafla niyə tanış edirsən?”…

Cəbhəçilərə “quduz it” deyərək onları təhqir etdi.

Söhbət Eynulla Fətullayevdən gedir. Yuxarıda sadaladıqlarım onun ünvanına söylənilənlərdir. İnterntdə axtarış versək, ünvanına hələ çox təhqirlərə rast gələ bilərik.

E.Fətullayev savadlı jurnalistdir, yaxşı analitik qabiliyyətinə malikdir, mediada professionaldır.. Amma dəyəri, yerini bilməyən, tarixə mənfi obraz kimi düşüb – satqın, xəyanətkar, ermənilərlə dostluq edən, başqalarının bostanına daş atan, şərləyən, quyu qazan biri kimi…

E.Fətullayevin üzünü heç vaxt görməmişəm, amma çirkaba bulaşması ilə bağlı yazılanları çox oxumuşam. Hətta redaksiyamıza, 2011-ci ildə beynəlxalq tədbirlərin birində onun ermənilərlə birlikdə mehribancasıa çəkilən foto da göndərilmişdi. Fotodan Eynullanın ermənilərə sevgisi aydın görünürdü… 

Heç vaxt onun haqqında yazmaq istəməmişəm, maraq dairəmdə olmayıb. Amma bu gün xeyriyyəçi Füzuli Məmmədov haqqında yazdığını oxudum və qərara gəldim ki. Münasibətimi bildirim. Füzuli Məmmədovun liderliyi ilə 90-cı illərin əvvəllərində Bakıda “XXI əsr Azərbaycan” adlı partiyası fəaliyyət göstərib. Mən o zaman eyniadlı qəzetdə çalışırdım. Baş verənlərin şahidi olmuşam.

Hər ay yüzlərlə insan müxtəlif yardımlar almaqdan ötrü F.Məmmədov partiyasının qərargahına gələrdi. F.Məmmədov o zaman yüzlərlə tələbənin təhsil almasına, onlarla imkansız ailəyə maddi dəstək göstərib. 

F.Məmmədovun gənclik illərindən Rusiyada yaşamasına baxmayaraq qəlbi daim Azərbaycan üçün döyünüb. Onun həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik addımlarını çoxları yaxşı bilir. Bu gün hamı Füzuli Məmmədovu açıq ürəkli, xeyirxah insan kimi tanıyır. Onun qapısını döyən hər kəs heç vaxt əliboş geri qayıtmayıb. 
Azərbaycandan uzaqda yaşasa da F.Məmmədov üçün vətən, torpaq, millət və dövlət hər şeydən üstün olduğundan fəaliyyəti ilə yanaşı kapitalını da bu istiqamətə xərcləyir. 

F.Məmmədov hələ 90-cı illərdə, Azərbaycanın ən ağır vaxtlarında xalqın içində olub. Onun Azərbaycanın dünyada öz yerini möhkəmləndirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyi, diaspor quruculuğu, dünya azərbaycanlıları arasında həmrəylik və birliyin yaradılmasının vacibliyi ilə bağlı ideya və planları bu günün reallığının tələbiydi. 

O, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. 2005-ci ildə, “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratmış, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

F.Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib.

Yaratdığı “Frenk Fondu”nun missiyası yalnız xeyriyyəçilik aksiyalarını həyata keçirməkdən ibarət olub. Fondun qaçqın və məcburi köçkün düşərgələrinə yüz min manatlarla yardım göstərməsi, onların sosial və tibbi sahədəki problemlərinin həllinə maddi dəstəyi nəinki Azərbaycan, həmçinin xarici mətbuatda da işıqlandırılıb. F.Məmmədov böyük sisyasi intusiya və uzaqgörənliyə malik idi. O xaricdə Azərbaycanın güclü diasporasını yaratmaq, Rusiyada yaşayan yüz minlərlə soydaşımızı bir araya gətirmək istəyirdi. 

Onun bir arzusu vardı – müstəqil və güclü bir Azərbaycan qurmaq və dünyaya nüfuz etmək. Bu olduqca ağır və məlusiyyətli bir iş olsa da F.Məmmədov bütün gücünü səfərbər edərək, yükün altına girdi. Beləliklə “Frenk Fondu”nun təşkilatçılığı ilə Moskvada Rusiya, MDB məkanı və Baltikyanı respublikalarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının forumu kecirildi. Forumda 52 regionu təmsil edən Azərbaycan cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. “Prezident otel”ndə kecirilən forumda iştirakçılar Xalq Vətənpərlər İttifaqı – Azərbaycan XXI Əsr partiyasının təşəbbüsü ilə Ümumdünya Azərbaycan diasporunun qurultyının keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsnin həllinə dair qətnanmə qəbul edilib. Qətnamədə xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq ifadə edilib. Forumda ümummilli lider H.Əliyev yayda keciriləcək Ümumdünya Azərbaycanlılarının I qurultayının fəxri sədri secilib. 

Elə diaspora sahəsində 20 il öncə F.Məmmədovun irəli sürdüyü ideya və təkliflər, bu gün hökumət, xaricdəki bəzi diaspor təşkilatları sədrlərinin yadına düşüb.
F.Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu uzun illərdir maraqlı layihələrə imza atmışdır. Fondun dəstəyi ilə əlaçı tələbələr xüsusi mükafatlar almış, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərilmişdir. Bu, ölkəmizin tanınmış ziyalıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bundan başqa F.Məmmədov, 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlayıb. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə, ümumilikdə bu günədək 15 Qarabağ qazisinə ev verilib.

F.Məmmədov təkcə Azərbaycan və azərbaycanlılara dayaq durmur. O dünyada haqqı pozulan, ürəyində Azərbaycan sevgisi olan hər kəsin yanındadır. Bu gün Azərbaycan cəmiyyətində F.Məmmədov milyonçu kimi deyil, daha çox xeyriyyəçi insan kimi yadda qalıb.

Dünyanın müxtəlif ölkələrində onlarla azərbaycanlı var ki, F.Məmmədovdan da artıq böyük kapitala sahibdirlər. Amma F.Məmmədov kimi böyük ürəyə – o ürəyə ki, xalqı, dövləti ilə çırpınır, ona sahib deyillər. 

Bu gün F.Məmmədovun missiyası, istəyi bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır. Rusiya kimi təlatümlü bir dövlətdə yaşayan azərbaycanlıların birliyinə nail olubsa, bu böyük uğurdur…

E.Fətullayev kimi nadanlar nə qədər belə xeyriyyəçiyə çirkab atsalar da, yazsalar da, xalqın gözü tərəzidir, yaxşını pisdən ayırd edə bilir. F.Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox. F.Məmmədov kimlərinsə sifarişini yerinə yetirmir, öz fikri, istəyi ilə hərəkət edir. 

E.Fətullyev sussa yaxşıdır… Axı onun F.Məmmədovun fəaliyyətini təhlil etməyə mənəvi haqqı yoxdur… Bir xeyriyyəçinin fəaliyyətini izləyən, görən, bilən jurnalistin sifarişlə haqqında mənfi fikirlər yazması, nadanlıq deməkdir… 
Füzuli Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox...

Cavid

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir