Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

QHT sədri: “Prezidentin sərəncamı həssas sosial qruplardan olan vətəndaşlara qayğının növbəti təzahürüdür”

Azərbaycan Respublikası prezidentinin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam cənab İlham Əliyevin həssas sosial qruplardan olan vətəndaşlara qayğısının növbəti təzahürüdür.

Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

QHT sədri qeyd edib ki, cənab prezident tərəfindən ardıcıl olaraq həssas sosial qrupdan olan insanların həyat tərzinin yaxşılaşdırlması istiqamətində tədbirlər həyata keçirilir.

Yeni sərəncam isə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq.

Sərəncamda xüsusən ayrılmış 5 milyon vəsaitin konkret olaraq, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə istifadə olunması göstərilir.

Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Ayrılmış vəsait hesabında bu sahədə fəaliyyətlərin genişlənməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin də bu istiqamətdə araşdırmalar aparıb və ehtiyac duyulan sahələr üzrə konkret təkliflərlə çıxış edib.

Nazirlik cari ildə
• günərzi qayğı mərkəzlərinin sayının 58-ə;
• icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə;
• autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə;
• məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə;
• eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a;
• görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə;
• sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırlmasını təklif edir (planlaşdırır).

Və eyni zamanda,
• ahıllar üçün də 5 günərzi mərkəzinin;
• əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin;
• insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasını təklif edir (planlaşdırır).

Göründüyü kimi Sərəncamın əhatə dairəsi çox geniş və əhatəlidir.

Eyni zamanda bu sərəncam ölkədə ardıcıl olaraq, sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. istiqmətdə aparılan uğurlu sosial müdafiə siyasətinin inkişaf etdirilməsinə birbaşa xidmət edir.
QHT sədri qeyd edib ki, uğurlu sosial müdafiə siyasətində, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə və eyni zamanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin xüsusi çəkisi vardır. Bu layihələr əhatə dairəsinə və əldə olunan nəticələrə görə, xüsusi əhəmiyyət kəsb edir.

Cəsarət Hüseynzadə bildirib ki, 30 dekabr 2011-ci il tarixində qəbul olunan “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və 14 mart 2012-ci tarixində prezident tərəfindən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzalanan Fərman sosial müdafiə sistemində yeni qanunvericilik və idarəetmə sisteminin əsasını qoydu.
Qəbul olunan qanun, həmçinin qanunun tətbiqi ilə bağlı fərman çox mütərəqqi yeni fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tuturdu. Bu yeniliklərdən biri də, Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi ilə bağlı idi.

Ötən müddətdə bu sahədə xeyli sayda layihələr həyata keçirilib və təcrübə toplanıb.

Cəsarət Hüseynzadə qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tərəfindən ölkə başçısının göstərişi ilə nazirliyin tabeliyində olan bütün istiqamətlər üzrə islahatlar aparılır. Sosial sifarişlərin də həyata keçirilməsində müsbət məqamlar görünməkdədir.

Günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri ilə bağlı mərkəzlərin fəaliyyətləri inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış bir təcrübədir.

Bu sərəncam isə bütövlükdə bu mərkəzlərin yeni müstəviyə qədəm qoyması, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin inkişaf etdirilməsi və genişləndirilməsi üçün dəstək rolunu oyanacaq – deyə QHT sədri bildirib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir