Bazar , 22 Dekabr 2024
Drone Cameras

Səlahəddin Demirtaş həbs olundu

Türkiyənin kürdyönümlü partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ və doqquz digər HDP-li deputat saxlanılıb.
 
Musavat.com-un məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində həmsədrlər və millət vəkilləri evlərində tutulub. 
 
Bildirilir ki, HDP həmsədrləri Diyarbakır prokurorluğunda aparılan terror istintaqı çərçivəsində saxlanılıblar. Polis Səlahəddin Demirtaşın, Figen Yüksekdağın evində və HDP-nin baş qərargahında axtarış aparıb. Axtarış səhər saatlarına qədər davam edib.
 
Qeyd edək ki, terror istintağı çərçivəsində prokurorluğa çağırılan Səlahəddin Demirtaş öz istəyi ilə ifadə verməyə getməyəcəyini açıqlamışdı.
 
***
 
Türkiyənin Daxiliİşlər Nazirliyi HDP-yə qarşı təşkil olunan əməlliyyat barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Diyarbakır, Şırnak, Hakkari, Van, Bingöl prokurorluqlarının təlimatı əsasında HDP-dən deputat seçilmiş Səlahəddin Demirtaş, Figen Yüksekdağ, Ferhat Encü, Leyla Birlik, Selma İrmak, Abdullah Zeydan, İdris Baluken, Sırrı Süreyya Önder, Ziya Pir, Gülser Yıldırım, Nursel Aydoğan saxlanılıb.
 
Açıqlamada həmçinin qeyd olunur ki, haqlarında həbs qərarı olan iki deputatın ölkədə olmadığı müəyyən edilib.
 
Xatırladaq ki, 2016-cı ilin may ayında Türkiyədə deputatların toxunulmazlığının ləğv olunması barədə qərar Türkiyə Böyük Millət Məclisində səsə qoyulmuş, qərar 376 səslə, referenduma ehtiyac qalmadan qəbul edilmişdi.
 

 
 
Musavat.com

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir