Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

“Bundan yaxşı yazmaq mümkün deyil…” – Rüstəmxanlı haqqında

 
 
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Adil Minbaşı dostu, Xalq şairi Sabir Rüstəmxanlınının son kitabı barədə fikirlərini bildirib. O, Boyukmillet.com-a açıqlamasında deyib ki, “Özümüzdən böyük sözümüz” kitabının Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən təqdimatında iştirak etsə də, çıxış etməyib: “Təqdimat keçiriləndə kitabı oxumamışdım. Ona görə də çıxış etmədim. Kitabı oxuyanda isə heyrətləndim və fikirlərimiz Sabir bəyə yazdım. Yazdıqlarımı sizə də təqdim edirəm: 
 
 
 Həmin gün gecə saat 3.30 da senə bir SMS göndərəcəkdim, gec olduğuna görə qıymadım. İndi yazım… Kitabı (“Özümüzdən böyük sözümüz”) oxuyurdum. Birini oxuyursan, fikirləşirsən ki, mükəmməl… daha bundan yaxşı yazmaq mümkün deyil, keçirsən Bəxtiyar Vahabzadə haqqında yazıya, baxırsan ondan da gözəl! Keçirsən Mirzə İbrahimov, Məmməd Araz,  Afaq Məsud… heç biri təkrar olunmadan, etik qaydalar, hörmət-izzət çərçivəsində, obyektivliyə də zərrə qədər xələl gətirmədən yaradıcılıq və xarakterlərin fərdi xüsusiyyətlərinin sərraf gözü ilə müşahidəsi və sözün imkanlarının ali səviyyəsində ifadə olunması… və daha çox şey!!!  Ədəbiyyatşünaslığın hər üç istiqaməti – ədəbiyyat tarixi, nəzəriyyə və ədəbi tənqidin yüksək peşəkarlıq səviyyəsində vəhdəti və elə o səviyyədə də publisistika- müşahidə, təhlil və çatdırmaq bacarığı! 
 
Hüquq fakültəsində tələbəçilikdən ədəbiyyatdan uzaq düşmüşəm, ancaq o vaxta qədər, ondan sonra da həvəskar səviyyəsində oxuyub-öyrənib tanış olduqlarımın içərisində mən bunu yalnız rəhmətlik Həmid Araslı ucalığı ilə müqayisə edə bildim!
 
 İnciməsən fikirləşdiklərimə “el gəzdirmədən” səmimi, olduğu kimi çatdırım: Sabir yəqin, gənclikdə özünüifadəni şerlə başlayıb deyə, hələ də özünü ən çox şair kimi tanıyır və elə də təqdim etmək istəyi dominantdır. Ancaq poeziya onun üçün “çərəzdir”.  Amma bugünkü ədəbiyyatımızda – ədəbiyyatşünaslıq, ədəbi tənqid və publisistikada onunla müqayisə ediləcək biri yoxdur. O, sözün sərkərdəsidir və Azərbaycan dilinin bütün qatlarının imkanları qədər arsenalı var və bundan ustalıqla istifadə edib istənilən fikir “qalasini” mühasirəyə vaxt sərf etmədən anında fəth etmək gücündədir! 
Tanrı səni qorusun! 
 
Ancaq bu istedadını da əsirgəmədən ədəbiyyatımız üçün sərf etməyini təmənna edərdim. Məncə, qalanları bunun kölgəsindədir. 
Hörmətlə!”
 
 
Adil Minbaşı
 
Qeyd edək ki, yaradıcılığı ərzində 30-dan çox kitabın müəllifi olan Sabir Rüstəmxanlının əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
Onun Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib.
“Özümüzdən böyük sözümüz” Sabir bəyin hələlik son kitabıdır. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir