Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Elçibəyin həyat yoldaşı İstanbulda dünyasını dəyişdi, yaxınları şokdadır

Həlimə xanım Türkiyədə dünyasını dəyişib

Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım dünyasını dəyişib. boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu haqda sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkədə status yazıb: “Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.

Əldə etdiyimiz məlumata görə, Həlimə xanım Türkiyədə müalicə alırmış.

Mərhumun kürəkəni Aqil Səmədbəyli “Report”a açıqlamasında deyib ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir