Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.
Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.
boyukmillet.com-un məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.