Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Nikol Paşinyan Fransaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hökumət başçısı Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.

Eyni zamanda, iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

N.Paşinyanı səfərdə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər müşaiyət edir.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …