Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Azər­bay­can­da Prob­lem­li Kre­dit­lər Agentli­yi…(?)

Vü­qar Bay­ra­mov: “Ame­ri­ka­da hə­min kre­dit­lər səhmləş­di­ri­lə­rək ba­za­ra çı­xa­rı­lır”

Ha­zır­da öl­kə iq­ti­sa­diy­ya­tı­nın, əsa­sən də bank sek­to­ru­nun ən cid­di prob­lem­lə­rin­dən bi­ri prob­lem­li kre­dit­lə­rin həc­mi­nin gün­bə­gün artma­sı­dır. Prob­lem­li kre­dit­lə­rin həc­mi 1,5 mil­yar­dı ke­çib. Prob­lem­li kre­dit­lə­rin həll olun­ma­sı is­ti­qa­mə­tin­də həm mət­bu­at­da, həm də mil­lət və­kil­lə­ri tə­rə­fin­dən də­fə­lər­lə fi­kir­lər səs­lən­di­ri­lib.

Prob­le­min ak­tu­al ol­du­ğu ha­zır­kı mə­qam­da de­pu­tat Va­hid Əh­mə­dov ma­raq­lı tək­lif­lər­lə çı­xış edib. Mil­lət və­ki­li bil­di­rib ki, vax­tı keç­miş kre­dit­lər­lə əla­qə­dar dün­ya prak­ti­ka­sı var və Azər­bay­can­da da o təc­rü­bə­dən is­ti­fa­də edi­lə bi­lər: “Çin­də, Asi­ya və Cə­nu­bi Ame­ri­ka döv­lət­lə­rin­də be­lə prob­lem­lər ya­şa­nıb. Vax­tı keç­miş kre­dit­lə­rin miq­da­rı ço­xa­lan­da xü­su­si qu­rum ya­ra­dır­lar. Vax­tı keç­miş kre­dit­lə­rin qay­ta­rıl­ma­sı ilə bağ­lı agentlik ya­ra­dır­lar və bu agentlik bir­ba­şa döv­lət baş­çı­sı­na ta­be olur. Azər­bay­can­da da Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı var. Bu Pa­la­ta hə­min agentli­yi nə­za­rət­də sax­la­ma­lı və yox­la­ma­lı­dır. Bu prob­lem vax­tın­da ön­lən­mə­sə, gə­lə­cək­də da­ha bö­yük çə­tin­lik­lər ya­ra­da bi­lər. Çün­ki bankla­rın sağ­lam­laş­dı­rıl­ma­sı üçün bu çox va­cib­dir”.

Prob­lem­li kre­dit­lər üz­rə agentli­yin ya­ra­dıl­ma­sı tək­li­fi­ni müs­tə­qil iq­ti­sad­çı­lar da müs­bət də­yər­lən­di­rir.

İq­ti­sad­çı-ekspert Vü­qar Bay­ra­mov “Ba­kı-Xə­bər”ə açıq­la­ma­sın­da qeyd et­di ki, prob­lem­li kre­dit­lər­lə bağ­lı döv­lət proq­ra­mı­nın qə­bul olun­ma­sı­na eh­ti­yac var: “Ame­ri­ka­da prob­lem­li kre­dit­lər­lə bağ­lı xü­su­si döv­lət proq­ra­mı qə­bul olu­nub. Hə­min döv­lət proq­ra­mı çər­çi­və­sin­də prob­lem­li kre­dit­lə­rin sağ­lam­laş­dı­rıl­ma­sı hə­ya­ta ke­çi­ri­lir. Hət­ta bu is­ti­qa­mət­də ABŞ-da 400 mil­yard dol­lar­dan ar­tıq və­sa­it xərclə­nib. Azər­bay­can­da prob­lem­li kre­dit­lər üz­rə agentlik de­yil, xü­su­si bir proq­ra­mın ya­ra­dıl­ma­sı­na eh­ti­yac var. Prob­lem­li kre­dit­lər üz­rə xü­su­si döv­lət proq­ra­mı­nın qə­bul olun­ma­sı im­kan ve­rə­cək ki, prob­lem­li ak­tiv­lə­ri və kre­dit­lə­ri tən­zim­lə­mək müm­kün ol­sun. Prob­lem­li kre­dit­lər tən­zim­lə­nər­sə, döv­lət tə­rə­fin­dən sağ­lam­laş­dı­rı­la bi­lər. Ne­cə ki, Ame­ri­ka­da hə­min kre­dit­lər səhmləş­di­ri­lə­rək ba­za­ra çı­xa­rı­lır. Be­lə olan hal­da, banklar sağ­lam­laş­dı­rı­lır və prob­lem­li kre­dit­lə­rin həc­mi aza­lır. Uy­ğun prak­ti­ka­nı tət­biq et­mək olar. Be­lə bir proq­ram qə­bul olun­sa, bankla­rın sağ­lam­laş­dı­rıl­ma­sı­na və prob­lem­li kre­dit­lə­rin həc­mi­nin azal­ma­sı­na gə­ti­rib çı­xa­rar”.

 

baki-xeber.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir