Bazar ertəsi , 11 Dekabr 2023

Zirehli texnika bölmələrimiz cəbhə bölgəsində təlimlərə başladı

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir.

Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər.

Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir