Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc olunmuş press-relizdə məlumat yayılıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının 12 üzvünün, o cümlədən Baş nazir Mixail Mişustinin, xarici işlər və müdafiə nazirləri Sergey Lavrov, Sergey Şoyqu və daha 20 nəfərin aktivləri dondurulacaq. Hökumət həmçinin siyasi və hərbi fəaliyyətlə əlaqəli 364 rusiyalının ölkəyə girişini bağlayıb.

“Dünya Putinin Ukraynadakı hərəkətlərinə qarşı həmrəydir və tarixi qanunun qəbulundan cəmi bir həftə sonra biz beynəlxalq birliyə qoşularaq, ilk məqsədyönlü sanksiyalarımızı tətbiq edirik”, – xarici işlər naziri Nanaia Makhuta bildirib.

Nazir əlavə edib ki, yaxın həftələrdə əlavə sanksiyaların tətbiqi gözlənilir.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …