Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ağcabədiyə yeni prokuror təyin edilib

Ağcabədi rayonuna yeni prokuror təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …