Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.

boyukmillet.com xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,03 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur

Check Also

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Türkiyəyə səfəri çərçivəsində Ankarada bir sıra …