İyunun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan boyukmillet.com-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən dünya əhalisi 26 iyun tarixini Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir.