Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dövlət Turizm Agentliyi tur bələdçilərini qeydiyyatdan keçməyə dəvət edir

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edir.

Agentlikdən boyukmillet.com-a bildirilib ki, iyulun 31-dək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün qurumun tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 AZN) azad etməkdir. Həmçinin ölkəmizdəki müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

Göstərilən müddətə qədər qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər avqustun 1-dən etibarən yuxarıda adları sadalanan qoruqlara 2 AZN ödəməklə daxil ola biləcəklər.

Qeydiyyatdan keçmək istəyənlər bu linkdən – http://bit.ly/2Lbu5fn istifadə edə bilərlər.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …