Cümə , 27 Dekabr 2024
Drone Cameras

Bakı Beynəlxalq Teatr Konfransına 38 ölkədən 150-yə yaxın teatr xadimi qatılacaq

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, “Multikulturalizm və teatr” mövzusuna həsr olunan tədbirdə 38 ölkədən 150-yə yaxın teatr xadimi iştirak edəcək: “Xüsusi vurğulamaq istəyirəm ki, beynəlxalq konfransın coğrafiyası çox genişdir. Artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Bakıya səfər edəcəklər. Tədbirə dünyada tanınan 20-yə yaxın teatrşünas, teatr tənqidçisi də qatılacaq”.

Ə. Vəliyev əlavə edib ki, Beynəlxalq Teatr Konfransı prezidentin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir.

Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir