BMT baş katibi Antoniu Quttereş Koreya Xalq Demokratik Respublikasının qitələrarası mənzilli ballistik raket sınağını pisləyib.
Boyukmillet.com xəbər verir ki, dünya təşkilatının sədri bu barədə tviter hesabında yazaraq ballistik raketin regionda gərginliyi əhəmiyyətli dərəcədə artırması barədə xəbərdarlıq edib.
“Mən Koreya Xalq Demokratik Respublikası tərəfindən regionda gərginliyin əhəmiyyətli dərəcədə artması riski daşıyan qitələrarası mənzilli ballistik raketin buraxılışını pisləyirəm.
Koreya yarımadasının nüvəsizləşdirilməsinin sülh yolu ilə diplomatik həllinə ehtiyacımız var”, – Antoniu Quttereş sosial şəbəkə hesabında yazıb.