Şənbə , 3 May 2025
Drone Cameras

SON DƏQİQƏ: Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirib.

Bundan əlavə, prezidentlər Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər

Check Also

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini sonlandırıb

Nümayəndəliyin bu gün son iş günüdür BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb. …