Şənbə , 14 Mart 2026
Drone Cameras

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Şimonetta Şekerlə (Macarıstan) üz-üzə gələcək.

59 kq-dakı Alyona Kolesnik A qrupunda yarışacaq. 27 yaşlı idmançı ilk görüşündə Elif Yanik (Türkiyə) ilə, ardınca isə Elene Heyke Bruggerlə qarşılaşacaq. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.

Azərbaycanın digər qadın güləşçisi, 65 kq-da yarışan Elis Manolova martın 31-də çıxışlarına start verəcək.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl, 74 kq-dakı Turan Bayramov və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) – Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …